Dünyada ən çox satılan avtomobillərin - TOP -10-luğu

Dünyada ən çox satılan avtomobillərin - TOP-10-luğu

“Corolla” 50 milyon ədəd satılaraq tarixə düşüb.

2019-cu ilin nəticələrinə əsasən dünyanın ən populyar avtomobili yenidən “Toyota Corolla” olub. Avtosfer.az xəbər verir ki, on iki ay ərzində yapon modeldən 1.236.380 ədəd satılıb. Bu da 2018-ci ilin analoji göstəricisindən 4,1 faiz çoxdur. Araşdırmanı “focus2move” analitik agentliyinin ekspertləri aparıblar.

Ekspertlər qeyd ediblər ki, bazara çıxdığı (1966) ilk gündən ötən ilin (2019) axırlarına kimi “Corolla” 50 milyon ədəd satılaraq tarixə düşüb.

İkinci populyarlıq qazanan avtomobil “Ford F-Series” pikapı olub – onun dünya üzrə satışı isə 1.070.234 ədəd təşkil edib (-1,1%).

 

Üçüncü yerdə “Toyota RAV4” qərarlaşıb, bu krossoverdən 931.852 ədəd alınıb (+11,7%).   

İlk beşliyi, “Honda Civic” 821.374 ədəd (-0,3%) və “Honda CR-V” 818. 981 (+12%) tamamlayıb.

Həmçinin Top-10-luğun siyahısında, krossover “Volkswagen Tiguan” (741.297 əd., -7,6%), pikap “Ram” (731.895 əd., +17,4%), sedan “Toyota Camry” (690.729 əd., +3,1%), hetçbek “Volkswagen Golf” (687.664 əd., -12,9%) və pikap “Chevrolet Silverado” (644 013 əd., -1,5%) yer alıb.

 

 






Fikirlər