Avtomobillər üçün ömürlük batareya hazırladı
ABŞ-ın “General Motors” avtomobil istehsalçısı 1,6 milyon kilometr iş qabiliyyətinə malik batareya hazırladığını və yaxın zamanda avtomobillərdə istifadəyə veriləcəyini açıqlayıb. Bu barədə “HaberGlobal” məlumat yayıb. “General Motors”un üzərində çalışdığı yeni batareya ildə təxminən 15 min kilometr məsafə qət edən avtomobilin 100 il ərzində batareyanı dəyişmədən yola davam etməsinə imkan yaradır. Yeni batareyanın enerji ilə doldurulması müddətinin də hazırkı modellərlə müqayisədə olduqca qısa olacağı qeyd edilir. Sözügedən batareyanın ilkin mərhələdə elektrik mühərrikli “Hummer”də istifadə olunacağı bildirilir. Xəbər oxu.az saytında dərc edilib.