Azərbaycanlı partiya sədrləri bu maşınlarda gəzir
Partiya sədrlərinin sürdüyü avtomobillərin siyahısı Əli Əhmədov - YAP-ın icra katibi
ANS PRESS-in məlumatına görə bu qənaətə gəlməyə Trend-in apardığı araşdırma imkan verir.
11 partiya sədrinin avtomobillərinin təhlili zamanı məlum olub ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu son 15 ildə el arasında “Vilis” kimi tanınan "UAZ"markalı avtomobil sürür. Partiya sədri şəhərdə nadir hallarda gözə dəyən bu maşını özü idarə edir.
Mirmahmud Mirəlioğlunun idarə etdiyi "UAZ" avtomobili
Mirəlioğlundan fərqli olaraq Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı öz “Lexus 470” markalı avtomobilini sükan arxasına nadir hallarda keçir.
Ədalət Partiyasının sədri İlyas İsmayılov və Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da görünür maşın sürməkdən böyük zövq almırlar. Ismayılov “Qaz-31”-ni, Ağamalı isə “BMW”-ni sürücüyə etibar etməyə üstünlük verir.
Sürücü xidmətindən yararlananlardan daha biri “"Mazda"sahibi olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlidir. O, maşın sürə bilmədiyinə görə avtomobili sürücüsü idarə edir.
Lakin azərbaycanlı partiya sədrləri arasında sükan arxasında tez tez görünənlər də var. Ümid Partiyasınınsədri İqbal Ağazadənin “Mercedes S-Class” avtomobilini əksər hallarda sürücüsü idarə etsə də, partiya sədri özü də ara-sıra sükan arxasında gözə dəyir
Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa da “Mercedes” markasına üstünlük verir. Amma o əksər partiya liderlərindən fərqli olaraq, şəxsi avtomobilinin sükanı arxasında özü əyləşir.
“Mercedes S-Class” avtomobili
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev də hazırda “Mercedes S-Class” markalı avtomobildə gəzir. Q.Həsənquliyev bir neçə dəfə avtomobil dəyişib.
Avtomobilini tez tez dəyişənlər arasında Müsavat Partiyasının sədri Arif Hacılı da var. Partiya sədrinin hazırda hansı markalı avtomobil sürdüyünü dəqiqləşdirmək mümkün olmadı.
Alman avtomobil klassikasına üstünlük verən bir çox həmkarlarından fərqli olaraqAzərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Yaponiyaistehsalı olan “Toyota Camry” markalı avtomobildən istifadə edir. ADİP sədrinin sürdüyü maşının təxmini qiyməti 15 min manatdır.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) partiyanın icra katibi Əli Əhmədova gəldikdə isə o paralel olaraq Baş nazirin müavini vəzifəsində çalışdığı üçün dövlət tərəfindən ayrılan avtomobildə gəzir.