2020-ci ilin ƏN POPULYAR AVTOMOBİLİ...
Amerikalılar arasında ən çox istifadə edilən avtomobil markalarının adları açıqlanıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı “MBLM” analitikləri araşdırma aparıblar. Araşdırma zamanı, 2020-ci ildə amerikalıların yarıdan çoxunun ən sevimli brendi “Ford” seçilib. Qeyd edək ki, bu cür araşdırmalar ölkə ərazisində artıq 10 ildir ki keçirilir. Amerika şirkəti öz izini ABŞ-da, 1903-cü ildə Henri Ford tərəfindən yaradıldığı gündən qoymağa başlayıb. Göründüyü ki, avtoistehsalçı hələ də istehlakçılar arasında ən populyarıdır. “Ford F-150”-i satışlar üzər keçən il də lider olub və bu bir neçə müddətdir ki davam edir. Siyahının ikinci yerini daha bir amerikan şirkəti “Jeep” tutub. İlk üçlüyü isə Almaniyanın “BMW” avtomobil istehsalçısı bağlayıb. Agentliyin analitikləri qeyd ediblər ki, “Ford”un əsas dəstəkçiləri 35 yaşından yuxarı olan kişi müştərilərdir.