Rus əsgərlərin kabusuna çevrilmiş Ukrayna motosikleti - FOTO - VİDEO
Artıq müharibə başlayandan ukraynalı traktorçuların Rusiya texnikasını necə ələ keçirdiyini bütün dünya bilir. Sosial şəbəkənin Azərbaycan seqmentində bu barədə çox danışıldığı üçün məsələyə toxunmayacam. Verəcəyim bu məlumat fransızdilli mediadan götürülüb. Bəlkə də bu, elektrik mühərrikli texnikanın döyüş şəraitində sınaqdan keçirilməsidir.
Avtosfer.az-ın xəbərinə görə, ukraynalı snayperlərin istifadə etdiyi motosikl jurnalistlərin diqqətini cəlb edib. Bu texnikadan istifadə edən snayper cütlükləri düşməni məhv etdikdən sonra hadisə yerini səssizcə tərk edir. Bəs motoskl səs etmirmi? Adi motosiklin səsi avtomobildən çox olduğu üçün o, döyüşçünü ələ verə bilər.
Amma Ukraynanın “Eleek” şirkətinin hazırladığı motosikl eletriklə işlədiyi üçün tam əsssizdir. Müharibə başlayandan sonra Müdafiə Nazirliyi şirkətə çox sayda “Atom” modeli motosikl sifariş edib. Texnika məhz snayperlərin hərəkəti üçün nəzərdə tutulub.
Texniki parametrlərə gəlincə:
Sürət: 90 km/saat
Kütlə: 70 kq
1 doldurulma ilə qət edilən yol: 150 km
Yükgötürmə qabiliyyəti: 150 kq.
Nəqliyyat özünü döyüşdə doğruldub. İstehsalçı zavoda gəlincə, “Tesla” şirkəti döyüşə yollanan əməkdaşların maaşlarının ailələrinə ödənməsini üzərinə götürüb.