ZELENSKİ UKRAYNA ORDUSUNUN İTKİLƏRİNİ AÇIQLADI - “Mülki əhalinin itkiləri isə..."
"Rusiyanın Ukraynaya qarşı işğalı başlayandan bəri 2500-3000 arasında ukraynalı hərbçi həlak olub". "AzPolitika.info" xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib. Prezident yaralı hərbçilərin sayının 10 minə yaxın olduğunu bildirib. Ukrayna tərəfi isə müharibə başlayandan bəri Rusiya ordusunun 20 min nəfərə yaxın itki verdiyini bildirir. Müharibə dövründə mülki əhali arasında itkilərə bağlı məlumatlara gəlincə, Ukrayna prezidenti dəqiq rəqəm deməyin çətin olduğunu vurğulayıb. “Mülki əhali haqqında danışmaq çox çətindir, çünki ölkəmizin cənubunda yaşayış məntəqələri və şəhərləri blokadaya salınıb – şərqdə Xerson, Berdyansk, Mariupol və şərqdə Volnovaxanın yerləşdiyi ərazi – biz blokadada olan o ərazilərimizdədə nə qədər adamın həlak olduğunu sadəcə olaraq bilmirik”, - Zelenski bildirib. Mariupol meri Volodimir Boyçenko “Current Time”a bildirib ki, martın 20-dən sonra kommunal xidmətlər ölənləri dəfn edə bilməyiblər, insanların cəsədləri isə küçədə qalıb. Onun sözlərinə görə, Rusiyadan yük maşınlarında olan mobil krematoriyalar şəhərə gətirildiyini və bu məlumat Ukrayna kəşfiyyatı tərəfindən təsdiqləndiyin deyib. BMT-nin məlumatına görə, 4,7 milyondan çox ukraynalı ölkəni tərk edib, iki minə yaxın mülki əhali həlak olub.