ZELENSKİ RUSLARIN QORXUNC PLANINI AÇIQLADI - "Qətlə yetirilən ukraynalıların cəsədlərini..."

Ukrayna prezidenti Vladimir Zelenski Buçanın görüntülərinin ortaya çıxmasından sonra Rusiya ordusunun bir çox şəhərin küçələrindən və zirzəmilərindən qətlə yetirilən ukraynalıların cəsədlərini çıxarmağa çalışdığını iddia edib. BAKU.WS-ə xəbər verir ki, o bu barədə videomüraciətində bildirib.

"Belə görünür ki, dünyada Rusiyaya münasibət dəyişir. Xüsusilə Buçada rus qoşunları çıxdıqdan sonraki mənzərə. Ya sülhü dəstəkləyin, ya da bu qanunsuz qırğınları. Buça, İrpin və rus qoşunlarının daxil olduğu digər şəhərlərdə öldürülən ukraynalıların və ukraynalı qadınlar sübutdur. Kütləvi qətlin gələcəyi yoxdur."

Zelenski qeyd edib ki, Rusiya hərbçiləri taktikanı dəyişib və öldürülən ukraynalıların cəsədlərini işğal olunmuş ərazilərdə küçələrdən və zirzəmilərdən çıxarmağa çalışır: "Bu, sadəcə sübutları gizlətmək cəhdidir. Amma onlar buna nail ola bilməyəcəklər, çünki çoxlu insan həlak olub. Bunun da məsuliyyəti olacaq. Biz minlərlə itkin insan haqqında məlumatlıyıq. Obyektiv araşdırmalar, peyk görüntüləri və həqiqəti üzə çıxarmağa kömək edən digər vasitələr sayəsində Rusiyanın Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərin əksəriyyəti ilə bağlı bütün hallar aydınlaşdırılacaq. Əgər dünya Rusiya hərbçilərinin Ukrayna ərazisində törətdiklərini soyqırım adlandırmağın icazəli olub-olmaması ilə bağlı müzakirələrə başlayıbsa, o zaman həqiqət axtarışını artıq dayandırmaq olmaz. Bunu geri götürmək mümkün deyil".

Zelenski bildirib ki, Ukraynaya qarşı növbəti təcavüzdən tez bir zamanda imtina etməklə Rusiya dövlətçiliyinə və Rusiyada əsas qərarlar qəbul edən şəxslərə dəyən ziyanı azaltmağa çalışmaq olar: "Əgər belə deyilsə, heç nə dəyişməyibsə, bu, Rusiyanın intihardır. Müharibənin davam etdirilməsi variantını seçən hər kəs intihardır".

 

 

Qeyd edək ki, Rusiya ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətləri gizlətmək üçün Mariupolda da səyyar krematoriyaları (meyitlərin yüksək temperaturda yandırıldığı yer) işə salıb.

Bu barədə Mariupol Şəhər Şurası teleqramda məlumat yayıb.

“İzləri ört-basdır edirlər. Mariupolda Rusiyanın səyyar krematoriyaları fəaliyyətə başlayıb. Buçadakı soyqırımı beynəlxalq ictimaiyyətə geniş şəkildə çatdırıldıqdan sonra Rusiya Federasiyasının ali rəhbərliyi Mariupolda ordusunun cinayətlərinə dair hər hansı sübutun məhv edilməsi barədə göstəriş verib. Bir həftə əvvəl 5 000 ölünün olduğunu bildiriblər. Lakin şəhərin böyüklüyünü, fəlakətli dağıntıları, mühasirənin müddətini və şiddətli müqaviməti nəzərə alsaq, onminlərlə Mariupol sakini qurban ola bilərdi. Ona görə də Rusiya Mariupol əhalisinin xilas edilməsi və tamamilə təxliyəsi üçün Türkiyə missiyasına və digər təşəbbüslərə yaşıl işıq yandırmağa tələsmir. Bundan əlavə, onlar filtrasiya düşərgələri vasitəsilə işğalçıların vəhşiliklərinin bütün potensial şahidlərini müəyyən etməyə və onları məhv etməyə çalışırlar”, - məlumatda qeyd olunub.

Öz növbəsində mer Vadim Boyçenko Mariupoldakı vəziyyəti nasist Almaniyadakı həbs düşərgələri ilə müqayisə edib.

Qeyd edək ki, Ukraynanın 430 min əhalisi olan Mariupol şəhəri martın 1-dən bəri Rusiya Silahlı Qüvvələrinin mühasirəsi altınadadır. Rusiya hərbçiləri şəhərə sıza bilsə də, yaşayış məntəqəsinə nəzarəti tam ələ keçirməyə nail olmayıblar. Şəhərin müdafiəsində əsas qüvvə Ukraynanın “Azov” alayıdır.

Əhalinin yarısından çoxu humanitar dəhlizlər vasitəsilə şəhəri tərk edə bilib.

 






Fikirlər