Tayvan Maskın avtomobillərindən imtina etdi ...

Tayvan Maskın avtomobillərindən imtina etdi

Tayvan Müdafiə Nazirliyi "Tesla" şirkətinin qurucusu milyarder İlon Maskın elektrik avtomobillərindən imtina etmək qərarına gəlib.

 

Yenisabah.az “Taiwan News”a istinadla xəbər verir ki, qərar "Financial Times qəzetinə verdiyi müsahibədən sonra qəbul olunub.

Müdafiə Nazirliyi ekoloji mülahizələrə əsaslandığını bildirib.

Qeyd edək ki, hazırda Tayvan MN gündəlik məqsədlər üçün 7 “Tesla” elektrik avtomobilindən istifadə edir.

Xatırladaq ki, Mask müsahibəsində Tayvanda münaqişənin qaçılmaz olduğunu və bunun dünya iqtisadiyyatı üçün çox baha başa gələcəyini bildirmişdi. O, Tayvanı Honq-Konq xətti boyunca Çin daxilində xüsusi inzibati ərazi vahidinə çevirməyi təklif etmişdi.






Fikirlər