Zaxarova İlon Maskın təklifinə “YOX” dedi ...
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məşhur amerikalı iş adamı İlon Maskın Ukrayna ilə bağlı planına münasibət bildirib. Mask Rusiya ilə genişmiqyaslı müharibə olacağı təqdirdə Ukraynanın qələbəsinin mümkünlüyünə şübhə etdiyini yazıb. “Onun planını şərh etməyin mənası yoxdur, çünki bu, ictimai müzakirədir. Müxtəlif insanlar, siyasi, ictimai xadimlər, iş adamları var, onların öz fikirləri var, müzakirədə iştirak edirlər. Amma məqsəd yoxdur”, - Zaxarova Maska cavabında deyib. Qeyd edək ki, İlon Mask Ukrayna münaqişəsinin həlli ilə bağlı öz baxışını təklif edib. O, Donbasda "BMT nəzarəti altında" yenidən səsvermənin keçirilməsini, Krımın Rusiyanın formal hissəsi kimi saxlanılmasını, Krımın su təchizatına təminat verilməsini və Ukraynanın neytrallığını təklif edib.