Əflatun Amaşov: “Mariya Zaxarova bu hadisələrin səbəblərini YAXŞI BİLİR”

bitmap-img6

"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün başladığı missiyanı unudaraq jurnalistə qarşı kifayət qədər qeyri-etik, peşə davranışlarına sığışmayan münasibət sərgiləyib”

 

Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, Zaxarova vəzifəsindən irəli gələrək jurnalisti dinləməli, suallara aydınlıq gətirməli və cavablandırmalıdır.
“Çox təəssüf ki, Mariya Zaxarova belə etməyib və əksinə qarşı tərəfi heç bir çərçivəyə sığmayan dərəcədə, onun simasında böyük ölkənin jurnalistlərinə qara yaxıb və onları təhqir edib. Mariya Zaxarova yəqin ki, bu hadisələrin səbəblərini yaxşı bilir. Yaxşı bilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev nəyə görə həmin yerlərdə olub. Mariya Zaxarova yaxşı bilir ki, onların üzərlərində qurulan məhkəmə nə dərəcədə ədalətlidir. Mariya Zaxarova yaxşı bilir ki, Lapşinlə bağlı məsələlər nə üçün gündəmdədir, Dilqəmlə bağlı məsələlərə nəyə görə soyuq yanaşılır”.
Ə.Amaşov qeyd edib ki, Zaxarovanın bir ölkəni təmsil edən jurnalisti təhqir etməsi heç bir çərçivəyə sığmır. “Mariya Zaxarova təmsil etdiyi ölkə ilə jurnalistin təmsil etdiyi ölkə arasında əlaqələri arxa plana atır və heç bir mətbuat katibinə yaraşmayan münasibət sərgiləyir. Mətbuat Şurası bununla bağlı öz münasibətini bildirəcək. Rusiya ilə qonşu dövlətik. Bizim aramızda münasibətlər kifayət qədər yüksəkdir və çalışmalıyıq ki, bu münasibətləri daha da yüksəldək, inkişaf etdirək”. (azvision)






Fikirlər