Xanım sərnişini təhqir edən taksi sürücüsü cəzalandırıldı – 10 gün HƏBS...

Xanım sərnişini təhqir edən taksi sürücüsü cəzalandırıldı – 10 gün həbs

Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlərə yol verərərk onu təhqir edən taksi sürücüsü cəzalandırılıb. 

 Bu barədə xanım sərnişin Könül Əliyeva daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova yazdığı təşəkkür müraciətində bildirib. Xanım qeyd edib ki, yanvarın 23-də, Binəqədi rayonu, Naxçıvani küçəsində taksi sifariş verib. Lakin sürücü yolda hərəkət zamanı onu təhqir edib. Könül Əliyeva bu barədə Binəqədi rayonu Polis İdarəsinin 5-ci polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra qısa zaman ərzində həmin sürücü saxlanılıb. Toplanmış materiallar məhkəməyə göndərilib və taksi sürücüsünə 10 gün müddətinə inzibati qaydada həbs cəzası verilib.
Bu cür operativ reaksiyaya görə vətəndaş Könül Əliyeva başda nazir Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarına təşəkkür edib: “Bir daha əmin oldum ki, Azərbaycan polis hər bir vətəndaşın keşiyindədir”. /Avtosfer.az






Fikirlər