Bakıda yol polisi mağazada gizlənib cərimə yazır - FOTO - VİDEO
Bakıda yol polisi əməkdaşı tərəfindən cərimələnən sürücü Avtosfer.az-ın qaynar xəttinə müraciət edib. O bildirir ki, cərimə Binəqədi rayonu ərazisində yerləşən “Army” marketin qarşısında yazılıb. Sürücünün iddiasına görə polis əməkdaşı sözügedən marketin içində duraraq dayanma-durma qaydasını pozan sürücüləri izləyir. Qayda pozuntusunu aşkar edən zaman isə şəxsi telefonu ilə avtomobilin şəklini çəkərək protokol tərtib edir. Sürücünün çəkdiyi videonu və barəsində tərtib edilmiş protokolu təqdim edirik.