Ukraynada lüks avtomobillərin satışı artır - FOTO

Ukraynada lüks avtomobillərin satışı artır - FOTO

Müharibə şəraitində yaşayan Ukraynada premium sinif avtomobillərə maraq artır, ucuz avtomobillərin satışı isə aşağı düşür. 

Avtosfer.az-ın Auto-Consulting qrupuna istinadla xəbərinə görə, bu il Ukraynada premium avtomobillərin bazar payı 41%-ə çatıb. İl ərzində təzə avtomobillərin orta qiyməti də 21% artaraq 27,7 min avrodan 33,5 min avroya çatıb. Artım davam edir. 

Ukrayna bazarındakı ən bahalı avtomobillərə gəlincə:
1. Rolls-Royce Cullinan Frozen Lakes – 850 000 dollar
2. Brabus G800 – 506 000 dollar
3. Lamborghini Urus – 430 000 dollar
4. Aston Martin DBX707 – 341 000 dollar
5. Bentley Continental GT Speed – 334 000 dollar






Fikirlər