Azərbaycan çempionatının ən bahalı 10 futbolçusu - SİYAHI

Azərbaycan Premyer Liqasının ən bahalı futbolçularının adlarına aydınlıq gəlib. Fanat.Az "Transfermarkt"a istinadən xəbər verir ki, ölkə çempionatında oynayan ən bahalı futbolçu Riçard Almeydadı.

Milli komandamızın təklifini qəbul edən "Qarabağ"ın braziliyalısına 1,5 milyon avro qiymət qoyulub. O, son dövrlər dəyrini 300 min avro artırıb.

Riçardı "Qəbələ"dən Daniel Subotiç və "Qarabağ"dan Dani Kintana izləyir. Hər iki futbolçunun dəyəri 1 milyon avrodu.

Qış fasiləsində ölkəmizə dönən Serbiya əsilli isveçrəli Subotiçin dəyəri son aylarda 100 min avro azalıb. Zədədən əziyyət çəkən Kintana isə 200 min avro dəyərini artıra bilib.

İlk "onluqd"a yerli futbolçular yer almayıb. 10 futbolçunun 5-i "Qəbələ"də, 4-ü "Qarabağ"da, 1-i isə "Neftçi"də çıxış edir.

1. Riçard Almeyda (Qarabağ) - 1.500.000

2. Daniel Subotiç (Qəbələ) - 1.000.000

3. Dani Kintana (Qarabağ) - 1.000.000

4. Migel Madera (Qarabağ) - 900.000 

5.Vitali Vernidub (Qəbələ) - 900.000

6. İbrahim Şehiç (Qarabağ) - 800.000

7. Filip Ozobiç (Qəbələ) - 800.000

8. Hüqo Barqas (Neftçi) - 800.000

9. Sergey Zenyov (Qəbələ) - 800.000

10. Teo Uiks (Qəbələ) - 750.000

 






Fikirlər