"Qəbələ" - "Qarabağ" matçında insident - Fanatlar qartopu "atəşi"nə TUTULDU

Azərbaycan Premyer Liqasında XIX turun "Qəbələ" - "Qarabağ" matçında insident baş verib.

"Report"un məlumatına görə, "Qəbələ" komandasının bir azarkeşi "Qarabağ" fanatlarını qartopu "atəşi"nə tutduğu üçün asayiş keşikçiləri tərəfindən tribunadan aparılıb.
Bu, 28-ci dəqiqədə meydan sahiblərinin vurduğu qolun referi Fariz Yusifov tərəfindən sayılmamasından sonra baş verib. Azarkeşlər bu vaxt qartopu atmağa başlayıblar. Onların bir qismi meydandakı hakimləri nişan alıb. Tribunanın digər hissəsində isə yerli azarkeşlər qonşuluqdakı qonaq komandanın azsaylı fanatlarını hədəf seçiblər. Məhz "Qarabağ" sektoruna tərəf qartopu atanlardan biri saxlanılıb.






Fikirlər