Azərbaycanlı milyarderin avtoparkı - Video
Əslən Azərbaycandan olan oliqarx Roman Manaşirovun ailəsinə məxsus kottecdə axtarış zamanı elit maşınların avtoparkı da aşkar olunub. Azərtaym.az Modern.az-a istinadla xəbər verir ki, aşkar olunan bahalı avtomobillər bunlardır: İki “Rolls-Roys”, “Maybaç”, “Bentli”, “İnfiniti GX80”, 3 “Toyota Land Krauser” və bir neçə “Mersedes-Benz”. Avtomobillərin ümumi dəyərinin 100 milyon rubldan çox olduğu bildirilir. Xatırladaq ki, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib. Onun evinin axtarışı zamanı bahalı rəsm əsərləri üzə çıxıb. Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ, "Armada" MTK, "Qrand Siti" ticarət-sərgi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir.