Ödənişli yol: parlament TƏSDİQLƏDİ
Milli Məclis “Avtomobil yolları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Teleqraf.com xəbər verir ki, dəyişiklik ödənişli yolların əhatə dairəsini dəqiqləşdirir. Qanuna eidlən dəyişikliyə görə, ödənişli avtomobil yollarının yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Hazırda ödənişli avtomobil yolları yerli və respublika əhəmiyyətli avtomobil yollarında, o cümlədən ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında yaradıla bilərdisə, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında yaradıla bilər.