PƏRVİZ HƏŞİMLİ ABŞ səfirliyində
Yeni həbsdən azadlığa çıxmış keçmiş vicdan məhbusu Pərviz Həşimli ABŞ-ın Azərbaycandakı səfirliyində olub.
Pərviz Həşimlinin rəhbəri olduğu Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzindən verilən məlumatda bildirilir ki, səfirliyinin rəsmisi Stefan Qaysla keçirilən görüşdə əməkdaşlıq məsələləri, həmçinin, Azərbaycanda insan hüquq və əsas azadlıqlarının durumu barədə müzakirələr aparılıb.
Xatırladaq ki, Pərviz Həşimli 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyi tərəfindən saxta və qurama ittihamlarla şərlənib və siyasi sifarişlə 8 il azadlıqdan məhrum edilmişdi. Pərviz Həşimli ölkə başçısının sonuncu əfv fərmanı ilə azadlığa çıxıb.