Pərviz Həşimlinin kasasiya şikayəti təmin edilmədi

Pərviz Həşimlinin kasasiya şikayəti təmin edilmədiBu gün Ali Məhkəmədə “Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin kasasiya şikayətinə baxılıb.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Pərviz Həşimlinin vəkillərinin Bakı Apelyasiya Məhkəməsinin ilkin baxşınıdan verdikləri kasasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, Pərviz Həşimli Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından şikayət verib. O, şikayətinə məhkəmə istintaqı ilə baxılmasını istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Pərviz Həşimli apelyasiya şikayəti verib və o, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.






Fikirlər