"Məhkəməsindən reportaj yazacam,ÇOX ŞADAM" - PƏRVİZ HƏŞİMLİ ona zülm etmiş MTN-çi barədə bunları dedi

Pərviz Həşimli ona zülm etmiş MTN-çi barədə bunları dedi
Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa qovuşan tanınmış jurnalist Pərviz Həşimli əvvəllər istifadə etdiyi Facebook profili həbs olunan zaman MTN tərəfindən sındırılaraq yararsız hala salındığından yenidən "Parviz Hashimli New" profil yaradıb və ilk statusda həbsdə üzləşdiyi qorxunc simalar haqqında maraqlı mesajların anonsunu verib:
"Mənə deyirdi ki, səni Qaradagın istisində yandırıb, daş karxanalarının tozunda bogacam. MTN-dəki cinayətkar şəbəkənin əsas siması olan bu adamdan və onun başında duranlardan qorxmadım. Ən güclü vaxtlarında MTN-ni milli təhlükəyə çevirdiklərini, ATM-in əslində bir terror mərkəzi olduğunu gözlərinin içinə baxıb söylədim. Bu gün Elçin Quliyev həbsdədir. Onun məhkəməsindən reportaj hazırlayacagım üçün çox şadam. Elçinin, İlqarın, Elşənin, Təhsinin, vaşaq nəzərlərini heç unutmadım..."
TURKUSTAN.info






Fikirlər