"Yaşar Nuri içəndə SEVGİ etirafı edib"

  

“Hər kişi aktrisa ilə ailə qurmağa dözə bilməz. Çünki tez-tez səfərlərdə olursan. Bircə dəfə ailəli olmuşam. Sənətdən getdim, illər sonra yenidən qayıtdım. Hara getsəm də, sənətsiz qala bilmərəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Firəngiz Mütəllimova “Geriyə baxanda” verilişində deyib.

O, şəxsi həyatı haqda maraqlı məqamlara toxunub:

“Gözəlliyim başıma o qədər bəla gətirib ki... 30 il məni sevib, qarşılıq almayanda isə intiqam almaq istəyən olub. İndi kimi görürəmsə - "JEK" müdiri, zibilyığan, məmur, qapıda duran, hamı deyir, sizi sevmişəm. Xoşbəxt qadın olmuşam, çox insan məni sevib”.

F.Mütəllimova mərhum xalq artisti Yaşar Nuri ilə bağlı etiraf edib:

“Yaşar Nuri çox istədiyim həmkarım idi. Yoxluğunu çox hiss edirəm. Dost kimi mənə yaxın biri olub. İçəndə hərdən mənə sevgi etirafı edib. Bunu da qısqandığından edirdi”.






Fikirlər