Bu gün sonuncu BURAXILIŞ imtahanı keçirilir

Bu gün sonuncu buraxılış imtahanı keçirilir

Bu gün Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.


İmtahanlarda ümumilikdə 45 171 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 24237, XI sinif üzrə 20934).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

Xatırladaq ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 55 imtahan mərkəzi ayrılıb.

Bu gün 24237 (Gəncədə 3231, Daşkəsəndə 287, Şəmkirdə 2461, Göygöldə 862, Samuxda 686, Gədəbəydə 936, Qazaxda 930, Ağstafada 966, Tovuzda 1999, Şamaxıda 963, Qobustanda 445, Mingəçevirdə 1203, Naftalanda 70, Goranboyda 1293, Şəkidə 1995, Zaqatalada 1403, Balakəndə 1011, Qəbələdə 1372, Qaxda 628, Oğuzda 567, İsmayıllıda 929) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 55 imtahan mərkəzi ayrılıb.

Bu gün 20934 (Gəncədə 2993, Daşkəsəndə 281, Şəmkirdə 2065, Göygöldə 765, Samuxda 546, Gədəbəydə 785, Qazaxda 846, Ağstafada 740, Tovuzda 1700, Şamaxıda 613, Qobustanda 363, Mingəçevirdə 961, Naftalanda 35, Goranboyda 1159, Şəkidə 1810, Zaqatalada 1160, Balakəndə 778, Qəbələdə 1423, Qaxda 482, Oğuzda 508, İsmayıllıda 921) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 214 imtahan rəhbəri, 2172 nəzarətçi-müəllim ayrılıb.






Fikirlər