Azərbaycanda ANS-in yayımından imtina edildi - ŞOK qərar

“Azərbaycanda ANS-in yayımından imtina edildi - Şok qərar

Nurçuların lideri Fətullah Güləni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə danışdıran ANS-in Azərbaycan ərazisində yayımından imtina edilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, bu barədə yaxın dəqiqələrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qərar qəbul olunub. Belə ki, bu hadisəyə səbəb ANS televiziyasının bu gün səhərdən etibarən Fətullah Güləndən aldığı müsahibəni anons etməsi və Antiərdoğan çıxışlarını təbliğ etməsi olub.

Qafqazinfoxəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ilk dövlət başçısı kimi hadisəyə münasibət bildirib, bu hadisəni terror, dövlət çevrilişinə cəhd kimi qiymətləndirib və bütün vasitələrlə qardaş türk xalqının və dövlətinin yanında olduğunu ifadə edib. Məhz bu fonda ANS-in Antitürkiyə təbliğatının qarşısının alınması gözlənilən idi. Bu, Azərbaycan dövlətinin və prezident İlham Əliyevin mövqeyidir.

Azərbaycanda ANS-in yayımından imtina edildi - Şok qərar

 






Fikirlər