Üçüncü devalvasiyanın qorxunc tappıltısı: nələr bahalaşacaq? -TƏFSİLAT

Üçüncü devalvasiyanın qorxunc tappıltısı: nələr bahalaşacaq?

Ölkə üzrə çörəyin bahalaşması əhalinin vəziyyətini daha da pisləşdirəcək

Sosial gərginliyə aparan bu artımın söz narazılığından əməli etiraza keçəcəyi istisna deyil. 
Azərbaycanda çörəyə tələbatın hansı səviyyədəolduğunu nəzərə alsaq, bu qiymət artmının yaxşı perspektiv vəd etmədiyi göz qabağındadır. Avropa ölkələrində, o cümlədən Türkiyə, Gürcüstanda çörək qida rasionunda çox az faiz təşkil edir. 
Azərbaycanlıların isə çörək yeyən olduğu məlumdur. Üstəlik, çörəyin bahalaşmasının ardınca elektrik, qaz, ictimai nəqliyyat və yanacağın qiymətinin qalxacağı da gözləniləndir. Əvvəlcə suyun qiyməti qalxdı, daha sonra çörək bahalaşdı. Su və çörək arxasınca digər məhsulların da artımını gətirə bilər. 
Politika.Az xəbər verir ki, ikinci devalvasiyadan sonra ölkədə ərzaq məhsulları, o cümlədən tikinti, elektronika və başqa məhsullar da 50 faiz bahalaşdı. Hökumət təcili addımlar atmaq çün hərəkətləndi. 
rezidentin tapşırığı əsasında süni qiymət artımına yol verənlər cəzalandı, proses tənzimləndi. Amma istənilən halda bahalaşmanın qabağını tamamilə almaq mümkün olmadı. Xüsusilə də idxal olunan məhsulların qiymətində artım qeydə alındı. 
Həmçinin, “Azərsun holdinq” da qiymət artımına getmək məcburiyyətində olduğunu açıqladı. Bundan sonra yaranmış eyforiya və çaşqın vəziyyətə son qoyuldu. Mağazaların vitrinlərində dəyişən tariflər artıq əhali tərəfindən qəbul edildi. 
Politika.Az-ın məlumatına görə, bu mərhələdə isə bahalaşma pilləli həyata keçirilir. İkinci devalvasiyada 50 faiz birdən-birə bahalaşma olmuşdusa, hazırda tədricən bu iş gedir. Ekspertlər də artıq üçüncü devalvasiyanın olduğunu hesab edirlər. 
Su, çörək bahalaşdı və daha sonra başqa kommunal xərclərin, ərzaq məhsullarının da artımı proqnozlaşdırılır. İstisna deyil ki, sentyabrdan sonra yanacağa artım gələcək. Bu da birbaşa elektrik, qaz, nəqliyyat, kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edəcək. 
Nazirlər Kabineti tərəfindən təkliflər paketi hazırlanıb təqdim olunmasa və təcili şəkildə qiymət artımının qarşısını almaq üçün tədbirlər planı həyata keçirilməsə ölkə iqtisadiyyatının vəziyyəti daha da ağırlaşacaq. Onsuz da əhalinin günbəgün pisləşən sosial vəziyyəti getdikcə ağırlaşacaq. 
Mərhələli üçüncü devalvasiyanın tappıltı səsləsi eşidilir və növbəti dalğada əhalinin iqtisadi vəziyyəti sıfırın altında ola bilər. Artıq ikinci devalvasiyadan sonra kreditorlar ödəniş etməkdə çətinlik çəkir, bir neçə bank fəaliyyətini dayandırıb. 
Beləliklə, payıza doğru ölkədə sosial islahatlar başlanmasa, maaş və pensiyalarda artım edilməsə, bazarlarda və supermarketlərdə qiymətlər tənzimlənməsə Azərbaycan böyük iqtisadi fəlakətlə üz-üzə qalacaq.






Fikirlər