Ərzaq məhsulları 30 faiz bahalaşacaq - Ekspertdən AÇIQLAMA

Ərzaq məhsulları 30 faiz bahalaşacaq - Ekspertdən AÇIQLAMAAzərbaycanda kənd təsərrüfatına, ərzaq mallarına olan tələbat tamamilə daxili istehsal hesabına ödənilmir. İstifadə olunan məhsulların əksəriyyəti daha çox idxal hesabına ödənilir.

Həmin məhsulların alınması dollarla reallaşdırılır və ölkəyə gətirildikdən sonra manatla satılır. Manatın ucuzlaşması mütləq şəkildə bu məhsulların qiymətinə təsirini göstərəcək və ən azı 30 faiz artım gözlənilir”
.


Bunu Modern.az-a ekspert Vahid Məhərrəmov manatın devalvasiyasının kənd təsərrüfatı məhsullarının qiymətinə təsirinindən danışarkən deyib.

Mütəxəssis qeyd edib ki, ölkədə kifayət qədər məhsul istehsal olunmasına baxmayaraq, istehsal vasitələri də xaricdən gətirilir: “Xüsusilə toxum, gübrə, bir çox avadnlıqlar, texnika, ehtiyat hissələri və s. xaricdən dollarla alınır. Dollar bahalaşdığı üçün təbii ki, istehsala, istehsalın maya dəyərinə də təsirsiz ötüşmür.

Son zamanlar apardığımız araşdırmalar onu deməyə əsas verir ki, dolların bahalaşması və neftin ucuzlaşması fonunda dünya bazarında ərzağın qiyməti yüksəkdir, heç bir enmə müşahidə olunmur. Bu da eyni zamanda idxal edilən ərzağın qiymətini artıran amillərdən biridir”.


Ərzaq məhsulları 30 faiz bahalaşacaq - Ekspertdən AÇIQLAMAVahid Məhərrəmov bildirib ki, ərzaq buğdasına olan ehtiyacımızın təxminən 1500 tonunu xaricdən idxal edirik: “Bu da təbii olaraq ərzaq buğdasının qiymətinə də təsir edəcək və qiymət artacaq. Digər tərəfdən, respublikaya ət və ət məhsullarının, süd və süd məhsullarının, xüsusilə də kərə yağının, düyünün, quşçuluqda istifadə edilən yemin idxalı artıb.

Yanvar ayından etibarən meyvə və ət idxalı həddindən çox artıb. Bu ilin əvvəlindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 faiz çox dondurulmuş ət idxal olunub. Kəsim üçün isə qonşu ölkələrdən idxal olunan heyvanların sayı 100 faizdən çoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, bazarda qeyri-müəyyənlik davam edəcək.

Qonşu Gürcüstanda istehsal olunan ətin maya dəyəri, Azərbaycanda istehsal olunan ətin maya dəyərindən ucuz başa gəldiyindən idxala üstünlük verilir. Bununla məşğul olan sahibkarlar var. Ətin daha çox idxal olunması isə düşünülmüş siyasətdir. Bununla ölkə daxilində ətin süni şəkildə ucuzlaşmasına zəmin yaradılır”.

“Qiymət artımı bir müddət əvvəl ucuzlaşan ətin qiymətinə necə təsir edəcək” sualına cavab olaraq ekspert deyib ki, həmin ucuzlaşmanın iqtisadi əsasları yox idi: “Sadəcə, yem qıtlığından heyvanları kəsimə verirdilər. Hazırda yem ehtiyatı tükənmək üzrədir”.






Fikirlər