BÖYÜK BAHALAŞMA BAŞLADI- Unun qiyməti qalxdı

BÖYÜK BAHALAŞMA BAŞLADI- Unun qiyməti qalxdıXaricdən gətirilən duru yağlar qeybə çəkilib, yerli malların qiymətində isə ciddi artım var

İlin sonlarında ölkədə bahalaşmanın olacağı ilə bağlı proqnoz özünü doğrultdu. Belə ki, ərzaq məhsullarının qiymətində nəzərəçarpacaq dərəcədə bahalaşma qeydə alınıb. Yumurtanın qiymətində 4-5 qəpiklik artımdan sonra xaricdən idxal olunan bir sıra ərzaq məhsullarının da qiyməti qalxıb. Xüsusilə də Türkiyə istehsalı olan duru yağların, həmçinin Ukraynada istehsal edilən süd məhsullarının ölkəyə gətirilməsində də problemlər yaranıb. Satıcılar bu məhsulların “yoxa çıxmasının” səbəbini dəqiq bilməsələr də, bunu daxili istehsalçıları himayə edən məmur-oliqarxların inhisar siyasətinin əlaməti kimi izah edirlər.
Maraqlısı odur ki, xaricdən gətirilən duru yağların sıxışdırılması fonunda yerli malların qiymətində ciddi şəkildə artım qeydə alınmaqdadır. Çörəkdən istifadəyə görə öncül yerlərdən birini tutan Azərbaycan əhalisini narahat edən digər xəbər isə unun qiymətində ciddi artımın müşahidə olunmasıdır.


Bu sahədə fəaliyyət göstərən iş adamları tərəfindən musavat.com-a verilən məlumata görə, son günlər topdansatış mərkəzlərində bir kisə 50 kq-lıq unun qiyməti 17,40 AZN-dən 18,80 AZN-ə qalxıb.

BÖYÜK BAHALAŞMA BAŞLADI- Unun qiyməti qalxdıMəlumatlara görə, Azərbaycan ərzaq buğdasının 45-50 faizini Rusiyadan idxal edir, habelə un alır. Rusiya isə bir müddətdir ki, bir sıra ölkələrdən ərzaq və kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. İndi Rusiya istehsal etdiyi taxıldan qüvvəli yem kimi istifadə edərək sanksiyaların təsirini azaltmaq üçün heyvandarlığı inkişaf etdirməyə çalışır. Bu məqsədlə Rusiya taxıl məhsullarının ixracını tam dayandıra da bilər. Ərzaq buğdası ilə yanaşı Azərbaycan Rusiyadan süd və süd məhsulları, ət və ət məhsulları da idxal edir. Sözsüz ki, embarqo nəticəsində yaranmış vəziyyət Rusiyada həmin məhsulların qiymətlərini bahalaşdırıb.

Belə olan halda, Azərbaycana ərzaq buğdasının idxalının həcmini azaldacağı və bunun nəticəsində unun qiymətinin artacağı gözlənilən idi. Rusiya buğda ixracını tam dayandırsa, Azərbaycan hökuməti ölkəyə təxminən 1 milyon ton buğda idxal etmək üçün yeni bazar axtarmalıdır. Bu məsələ problemli ola bilər. Belə ki, Qazaxıstan son illər buğda sahələrini yem bitkilərinin xeyrinə azaltmaqla taxıl istehsalını azaldıb. Azərbaycanın taxıl istehsalı isə qeyr-rəsmi məlumatlara görə, bu il 600 min ton azalıb.


Bu il Azərbaycanda və digər ölkələrdə hökm sürən quraqlıq taxıl sahələrinə müəyyən qədər ziyan vurub. Bununla da Azərbaycanda taxıl istehsalı aşağı düşüb. Dünya bazarında da buğdanın qiymətində sabitlik mövcud deyil. Son zamanlar dünya birjasında ərzaq buğdasının qiyməti təxminən 5 faizə qədər artıb. Bu da o deməkdir ki, Azərbaycan hökuməti xaricdən ucuz taxıl ala bilmədiyindən daxili bazarda qiymətləri tənzimləyə bilməyəcək. Unun qiymətin bahalaşması ilə həmişə olduğu kimi, ya çörəyin çəkisi azalacaq, ya da qiyməti qalxacaq.






Fikirlər