Dünyanın ən qədim insanı bu səbəbdən ölüb - SİRR AÇILDI
Elm adamları dünyanın ən qədim insan skeleti üzərində apardığı araşdırmalardan sonra maraqlı nəticəyə gəliblər. Moderator.az xəbər verir ki, müasir elmə bəlli olan ən qədim insan skeletinin 3, 18 milyon yaş var. Alimlərin şərti olaraq Luzi adlandırdıqları skelet Efiopiya ərazisində tapılıb. Alimlər müasir elmin texniki imkanlarından istifadə edərək skeleti bir daha tədqiq ediblər. Nəticədə üç milyon ildən çox tarixi sirr üzə çıxıb. Dünyanın elmə bəlli olan ən qədim insanı ağacdan yıxılaraq dünyasını dəyişib.