Şokolad və qırmızı şərab arıqladır

Londonun kral kolleci tərəfindən aparılan tədqiqatın nəticələrinə görə məlum olub ki, qırmızı şərab və şokolad formada qalmağa kömək edir.
Arıqlamaq və formada qalmaq üçün əsas məsələ kalorini yox, mədə-bağırsaq sistemimizdə yaşayan və qəbul etdiyimiz qidalarla qidalanan milyonlarla bakteriyanı nəzərə almaq lazımdır. Bakteriyaların bir hissəsi qidanı həzm etməyə və faydalı maddələri mənimsəməyə kömək edir. Bəzi bakteriyalar isə, mədə-bağırsaq sisteminin fəaliyyətinə əngəl törədir. Buna görə də, faydalı bakteriyaların xoşladığı qidalardan qəbul edərək onlara kömək etmək lazımdır.
Faydalı bakteriyalar pendir və digər süd məhsullarını, qoz-fındıq və bitki yağlarını xoşlayır. Bu bakteriyalar yağ və şəkəri xoşlamırlar. Bu qidalar onlar üçün zəhər rolunu oynayır.
Qeyd etmək lazımdır ki, faydalı bakteriyalar həm də şokolad və qırmızı şərabı çox xoşlayır. Çünki şokolad və qırmızı şərabın tərkibində immun sistemini möhkəmləndirən polifenol maddəsi var. Orqanizmdə polifenolun miqdarı artdıqca, orqanizm vitaminləri və mikroelementləri daha asan mənimsəyir. Bu isə heç bir pəhriz saxlamadan və gərgin idman hərəkətləri etmədən formada qalmağa kömək edir.
Tədqiqatın rəhbəri Tim Spektor bildirib ki, uzun müddət əkizlər üzərində təcrübə aparıb. Onlardan biri artıq çəki ilə daim mübarizə aparsa da, digəri heç bir əziyyət çəkmədən formada qalıb. Alimin fikrinə görə, əkizlər arasında mədə mikroflorası fərqi var.
Buna görə də, pendir, yoqurt və qozdan bol istifadə edin. Fastfud yeməklərdən imkan daxilində çəkinin. Alimlər qırmızı şərab və şokolada da icazə verirlər.
 

 

 






Fikirlər