Azərbaycanda şok olay - RƏİSİN GƏLİNİNİ QAÇIRDILAR

ÖLKƏDƏ ŞOK HESAB OLUNA BİLƏN HADİSƏ BAŞ VERİB: RƏİS OĞLUNA NİŞANLI OLAN QIZ SATICI İŞLƏYƏN BİRİNƏ QOŞULARAQ QAÇIB, RAYON QARIŞIB...

 Azərbaycanda polis rəisinin gəlini qaçırılıb.

BakiPost.az-a daxil olan məlumata görə, hadisə 1 gün əvvəl baş verib. Belə ki, rayonlardan birinin polis rəisinin (adını etik qaydalara zidd olduğu üçün açıqlamırıq) oğlunun nişanlısı başqa birinə qoşularaq qaçıb. Məlumata görə, Ağcabədi rayonunda yaşayan qızla rəisin oğlu 3 il nişanlı olub. Onların bu yaxınlarda toylarının olacağı gözlənilirmiş. Lakin rəis oğluyla evlənmək istəməyən qız öz rayonundan olan idmançı bir oğlanla qaçmaq qərarı verib.

Onların bu əməlindən xəbər tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib. Hazırda oğlanın yaşadığı ev polis mühasirəsindədir. Qızın geri qaytarılması tələb olunur.

Məlumat üçün bildirək ki, rəisin gəlini Ağcabədidə fəaliyyət göstərən restoranlardan birinin sahibinin qızıdır. Maraqlı məqam bundan ibarətdir ki, iş adamının qızı rəis oğluyla deyil, Ağcabədi bazarında atasıyla birlikdə satıcılıq edən bir şəxslə ailə qurmağa qərar verib.

Qeyd: rəisin və oğlunun, eləcə də qızın atasının adı bizə bəlli olsa da, müəyyən etik çərçivələrə görə yazmırıq.

 






Fikirlər