Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yevlax rayonunda külli miqdarda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Rəmzi Həsənov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.