Piton 25 yaşlı oğlanı UDUB
İtkin düşən İndoneziya sakini pitonun qarnından tapılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı Akbar Salubironun cəsədini həmkəndliləri 7 metr uzunluğundakı pitonun qarnında aşkarlayıblar. Məlumata görə, Akbar Salubiro palma yağı toplamaq üçün evdən çıxsa da, qayıtmayıb. Salubironun evinin həyətində böyük bir piton görən kəndlilər onu öldürmək qərarına gəliblər. İlanın qarnını yaran sakinlər itkin düşmüş oğlanı tapıblar. Ehtimal ki, piton əvvəlcə oğlanı boğub, daha sonra udub. AzerTaym.az