BakiPost.az xəbər verir ki, bu heyvanların əksəriyyəti zooparka ayrı-ayrı şəxslər tərəfindən hədiyyə olunub.
Zooparkda hər zaman diqqət mərkəzində olan və həm uşaqlar, həm də böyüklər üçün maraqlı olan şir də hədiyyədir. Aslanın zooloji parka azərbaycanlı iş adamı tərəfindən hədiyyə edildiyi bildirilir. Aslan barədə məlumat lövhəsindəki qeyddə həmin iş adamının Seymur adlı şəxs olduğu bildirilir. Həmin şir hələ balaca ikən zooparka verilib və indi qoca aslan qəfəsdə təkbaşına yaşayır.
Sözügedən şir Cənubi Amerikadan gətirilib və zooparka təhvil verilib.
Qeyd edək ki, hazırda zooparkda 150 növ, 1200-dən çox heyvan var. Yırtıcı heyvanlara misal olaraq 6 baş şiri, 1 baş pələngi, yaquarı, çaqqalı, 7 baş canavarı, oxatan kirpini, 2 baş tülkünü, 3 baş porsuğu göstərmək olar.
Otyeyən heyvanlardan isə maral, lama, muncaq, kenqurunu göstərmək olar. Həmçinin quşların da 40-a yaxın növü var.
Onların qidalanmasına gəlincə, zoopark rəhbərliyi tenderdə qalib gəlmiş şirkətlərdən biri ilə müqavilə bağlayıb və firma heyvanat parkını ətlə təmin edir.
Onu da bildirək ki, zooparla giriş 2 yaşa qədər pulsuz, 10 yaşa kimi 1 manat, böyüklər üçün 2 manatdır. Rəsmi məlumatlara əsasən Bakı heyvanat parkı 2 yanvar 1942-ci ildə yaradılıb.
AzerTaym.az