Allergiyadan ömürlük xilas olmağın çarəsi TAPILDI
Avstraliyalı genetiklər allergiyanın gen terapiyası vasitəsilə müalicəsini təklif edir. AzerTaym.az Trend-ə istinadən məlumatına görə, bu yolla immun hüceyrələrinin “yaddaşı” təmizlənmiş olacaq. Bir çox bioloqun fikrincə, allergiyaların yaranma səbəbi insanın həddən çox təmiz şərtlərdə yaşamasıdır. Uşaqlıqda immun sistemi əsl mikrobları toz və bu kimi zərərsiz hissəciklərdən ayırmaq üçün kifayət qədər informasiya əldə etmir. Məhz bu amil gələcəkdə müxtəlif allergiyaların formalaşmasına səbəb olur. Mütəxəssislərin həyata keçirdiyi təcrübələr nəticəsində məlum olub ki, DNT-yə müdaxilə etdikdən sonra allergik xüsusiyyətlər dəyişə bilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 30 faizindən çoxu müxtəlif allergiyalardan əziyyət çəkir.