BDU-nun professoru vəfat EDİB

BDU-nun professoru vəfat edib

BDU-nun fəxri professoru, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, Əkbər Salman oğlu Bayramov vəfat edib.

"Report" xəbər verir ki, o, dünəm axşam saatlarında dünyasını dəyişib.

Mərhumla vida mərasimi Təzə Pir məscidində keçirilib və o, bu gün dəfn olunub.

Qeyd edək ki, Ə. Bayramov 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olub. 1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləyib. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlərinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir. 

Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olub. Respublikada psixologiya elminin inkişafında, yeni psixoloqlar nəslinin yetişməsində Əkbər Bayramovun xidməti əvəzsizdir.

Allah rəhmət eləsin!

 






Fikirlər