AzerTaym.az bu barədə “unikal.org”un oxucularından birinin sayta verdiyi məlumata görə, dünən Bakıda Qaradağ rayon Lökbatan qəsəbəsində “Elmar” marketdən aldığı “Surpriz” pryaniki kifli çıxıb:
“Pryaniki marketdən alıb evə apardım. Bağlamanı açıb uşaqlara vermək istəyəndə gördüm ki, içi kiflənib. İstehsal tarixi aprel ayından-avqust ayının 15-dək göstərilsə də, təəssüf ki, məhsul keyfiyyətsizdir”.
Adını açıqlanmasını istəməyən vətəndaş sözügedən hadisənin ictimayiləşdirilməsinin məqsədəuyğun hesab etdiyini deyib: “Çünki eyni bu məhsullar digər marketlərdə də satılır. Çox vaxt bu pryanikləri uşaqlar yeyir. Ona görə də hər kəsi diqqətli olmağa çağırıram ki, gələcəkdə hər hansısa bir zəhərlənmə halı ilə üzləşməsinlər”.
Xatırladaq ki, “BisMak Qida Sənaye Kompleksi” MMC “Bismak” markası ilə istehsal etdiyi şirniyyat və un məmulatları yerli bazarın lideri sayır. Markanın məhsullarını istehsal edən “Bismak” zavodu 06.04.2004 – cü il tarixdə təsis edilib.