Salyanda dəhşətli qəza - Məşhur şirkətin 4 qadın işçisi öldü/ FOTO, YENİLƏNİB-2

Daxili İşlər Nazirliyi (DİN) Salyanda 4 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, sentyabrın 19-da saat 20 radələrində Salyan rayonunun Sarvan kəndi ərazisində Saatlı rayon sakini Babək Hüseynovun idarə etdiyi "VAZ-2106” və Cəlilabad rayon sakini Zakir Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə B.Hüseynovun sərnişinləri - Salyan rayon sakinləri Arzu Əhmədova, Gilas Əhmədova, Sevinc Baxşıyeva və Vəfa Əhmədova hadisə yerində ölüb, özü, habelə Z.Əliyev və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
20:09:17
23:43

Virtualaz.org xəbər verir ki, qəzada həlak olan hər 4 qadın Salyan rayon sakinidir.
 Onlar Ələt-Astara avtomobil yolunu çəkən EVRASCON şirkətinin düşərgəsindəki yeməkxanada aşpaz işləyirlərmiş.
Onların mindiyi maşını sürən 27 yaşlı Saatlı rayon sakini Hüseynov Babək Xanəhməd oğlu isə EVRASCON şirkətində fəhlə kimi çalışırmış. O hazırda ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 ***
22:04
Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda  "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.
 Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub. APA-nın xəbərinə görə, Salyan xəstəxanasına yerləşdirilən yaralılar "Mercedes”in sərnişini  Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və "VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur. 
 ***
21:11
Salyanda 4 nəfərin olümü ilə nəticələnən yol qəzası baş verib.
"Report” xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində 4 qadın hadisə yerində dünyasını dəyişib.
Yerli sakinlərin sözlərinə görə, qəza nəticəsində yaralananlar da olub.
Faktla bağlı araşdırma aparılır.
 








 
 






Fikirlər