Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 İLLİK OLACAQ

“Peşə təhsili haqqında” yeni qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin iclasına çıxarılır.

Modern.az-ın məlumatına görə, yeni qanun layihəsində dövlət, özəl,  bələdiyyələrin nəzdində peşə məktəblərinin fəaliyyət göstərməsi əks olunub.

Həmçinin, yeni qanun layihəsində peşə təhsilinin müddətləri müəyyən olunub. Bunlar  1, 3 və 4 illik müddətlərdir. Yeni sənəddə peşə təhsili müəssisələrinə qəbul qaydaları, lisenziyalaşma və idarəetmə ilə əlaqədar məsələlər öz əksini tapıb.

“Peşə təhsili haqqında” yeni qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin noyabrın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 






Fikirlər