Qadınlara MƏSLƏHƏT - Bunları etsəniz bu xəstəliyi vaxtında AŞKARLAYA BİLƏRSİNİZ

Qadınlara MƏSLƏHƏT - Bunları etsəniz bu xəstəliyi vaxtında aşkarlaya bilərsiniz

Son illər qadınların ən çox əziyyət çəkdikləri dəhşətli xəstəliklərdən biri də döş xərçəngidir. Bu xəstəliyi zamanında aşkarlayıb, müalicə etmək böyük önəm daşıyır. Əgər yoxlanış üçün həkimə getməyə zamanınız və imkanınız yoxdursa, bunu ev şəraitində özünüz də edə bilərsiniz.

Publika.az xəbər verir ki, hər aybaşı tskilinin 5-12-ci günləri ərzində cəmi bir dəfə gerçəkləşdirəcəyniz bu prosedur, sizə xəstəliyi ilkin mərhələsində müəyyən edib, xərçəngə tutlma riskinizi azalda bilər.

1. Əllərinizi bədəninizdən kənar tutub, güzgüdə diqqətlə sinənizə baxın. Döşünüzün rəngində, formasında dəyişiklik baş verib-vermədiyini izləyin.

2. Əllərinizi yuxarı qaldırın. Yuxarı gövdənizi yavaş-yavaş sağa, sola çevirərək güzgüdə dəyişiklikləri izləməyə davam edin.

3.Döşünüzdən axıntı gəlib-gəlmədiyini yoxlamaq üçün, işarət və baş barmağınızla yavaşca məmənin kənarlarını sıxın.

4.İndi isə süd vəzilərinin vəziyyətini yoxlayın. Sağ qolunuzu yuxarı qaldırıb sol əlinizlə qoltuqdan tutmuş məmə ucunadək yüngülcə sıxaraq, şiş olub-olmadığını yoxlayın. Sonra sol qolunuzu qaldırıb, eyni hərəkətləri sağ əlinizlə təkrarlayın.

Ümumiyyətlə isə sinənizdə ağrılar, narahatlıq və ya ifrazat varsa, həkimə müraciət edin.






Fikirlər