Nazirdən Fazil Məmmədovun İŞDƏN çıxarılmasına - MÜNASİBƏT

Biz heç vaxt idmanı şəxsiyyətlərlə əlaqələndirmirik.

Oxu.az-ın xəbərinə görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov keçmiş vergilər naziri Fazil Məmmədovun vəzifəsindən getməsinin Azərbaycan Güləş Federasiyasının və Azərbaycan Velosiped İdmanı Federasiyasının işinə təsirinə münasibət bildirərkən deyib.

“İlham Əliyevin idman siyasəti uğurla davam etdiriləcək. Gələn il Bakıda planlaşdırılan velosiped üzrə BMX yarışı vaxtında və yüksək səviyyədə təşkil olunacaq. Heç bir çətinlik yoxdur”, - deyə A.Rəhimov bildirib.

Qeyd edək ki, dekabrın 5-i Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə onun yerinə Təhsil naziri Mikayıl Cabbarov təyin edilib.






Fikirlər