FAZİL MƏMMƏDOV QUDASINI VƏZİFƏDƏN ÇIXARDI – Yerinə təyinat da OLDU

 

fazil memmedov azpolitika info namiq eliyev vergiler naziri mwavin namiq əliyev fazil məmmədov vergilər nazirinin müaviniAzərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.
Qeyd edək ki, S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidir.

Onu da qeyd edək ki, nazir müavini Namiq Əliyev Fazil Məmmədovun qudasıdır. “AzPolitika.info”nun məlumatına görə,bu il avqustun 11-də vergilər naziri Fazil Məmmədovun qızı Selcanxatunla Namiq Əliyevin oğlu Əbdül ailə həyatı qurub. Bu haqda saytımızda məlumat verilib. 

Məlumatda o da qeyd edilirdi ki, Namiq Əliyevin oğlu əsasən Londonda yaşayır və orada bizneslə məşğul olur.
Fazil Məmmədovun qızının isə nazirin ailə holdinqi kimi tanınan “Synergy Group” Şirkətlər Qrupuna rəhbərlik etdiyi qeyd edilir. Yeri gəlmişkən qeyd edək ki, “Synergy Group”un rəsmi veb səhifəsində Şirkətlər Qrupunun icraçı direktoru haqda məlumat verilsə də, baş direktoru və rəhbərlikdəki digər şəxslərlə bağlı hər hansı məlumata rast gəlmək mümkün deyil.

Qeyd edək ki,  Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Nəcməddin Sadıkov isə, məlum olduğu kimi, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bibisi oglu Altay Həsənovla qudadır. 
Altay Həsənov bir qədər əvvəl Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyinin rəisi vəzifəsinə təyin olunub.

Bu baxımdan, Namiq Əliyevin vəzifədən azad edilmədiyini, sadəcə öz  istəyilə Federasiyadakı vəzifəsindən getdiyini söyləyə bilərik.

Rasim
AzPolitika.info

 






Fikirlər