Bu gün Fazil Məmmədovun qızının xınasıdır - müavini ilə QUDA OLDU

 

Bu gün Vergilər naziri Fazil Məmmədovun qızının xınayaxdı mərasimidir.

AzerTaym.az xəbər verir ki, nazir öz müavini Namiq Əliyevlə quda olur. Fazil Məmmədovun qızının ailə holdinqi kimi tanınan "Synergy Group" Şirkətlər Qrupuna rəhbərlik etdiyi bildirilir. Kürəkəni isə Londonda yaşayır və orada bizneslə məşğuldur. Qeyd edək ki, cütlüyün toyu bu ayın 11-i paytaxt restoranlarından birində baş tutacaq. Onlar bir ildir ki, nişanlıdır. Onu da qeyd edək ki, Fazil Məmmədov həm də Azərbaycan Güləş Federasiyasının prezidentidir.


 






Fikirlər