Nazirin Panama biznesindən – FAKTLAR

Nazirin Panama biznesindən – Faktlar

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Birliyinin (İCİJ) nəşr etdiyi "Panama sənədləri”ndə vergilər naziri Fazil Məmmədov da var. Nazirə məxsus offşor şirkətlər ortaya çıxıb.

  Fazil Məmmədovun beynəlxalq səviyyədə biznes planları 2003-cü ildə işə düşüb. Belə ki, ən böyük layihələrindən birini - Ata Holdinqi qurub. 2014-ci ildə şirkətin aktivləri 490 milyon dollar çatıb.

Sənədlərdə Məmmədovun adı tez-tez keçir. Daha sonra F.Məmmədov Panamada "FM Management” adlı bir şirkət qurub. Nazir qısa bir müddət sonra yenə eyni ölkədə "UF Universe” adlı təşkilat yaradır.

Bu təşkilatdakı hissələrin yalnız 30 %-i Fazil Məmmədova məxsus olur. Panamada qurulan bu şirkətlər və təşkilatların tam olaraq hansı işlə məşğul olduğu bilinmir. "UF Universe” adlı təşkilat 2007-ci ildə nazirin istəyi ilə bağlanıb. Lakin 2014-ci ildə 9 min dollarlıq əməliyyat qarşılığında yenidən fəaliyyətə başlayıb.






Fikirlər