“PANAMA SƏNƏDLƏRİ” GENİŞ PERSPEKTİVDƏ - Ofşorlardakı cinayətkar praktikanın ifşası nə vəd edir?
“Panama sənədləri” adlandırlan məlumatlar – varlı, nüfuzlu və bəzi hallarda isə korrupsionerlərin gizli maliyyə əməliyyatlarını aşkara çıxarır. Anonim bir mənbə bu sənədləri Almaniyanın “Süddetsche Zeitung” qəzetinə ötürüb. Bu sənədlər sonradan bütün dünya mətbuatına yayılıb və “Jurnalist Təhqiqatlarının Beynəlxalq Konsorsiumu” (İnternational Consortium of İnvestigativ Jornalistis-İCİJ) ilə birgə şəkildə araşdırılıb. Burada söhbət bank sirlərinin saxlanmasının son dayaqlarından biri sayılan Panamada varlı müştərilərə şirkət açmağa yardım edən “Mossack Fonseca” hüquq firmasının sənədləşdirmə əməliyyatlarından gedir. “Wall Street Journal” da daxil olmaqla, bir çox KİV-lər artq çoxdandır ki, sənədlərdə adı çəkilən şəxslər və ailələrin pulunun saxlanma yerinin və mənbəyinin izinə düşməyə cəhd göstərirdi. Lakin mətbuata sızan bu məlumatlar vəziyyətə daha geniş perspektivdən yanaşmaq və qlobal maliyyə axınları barəsində hansısa yeniliklərlə tanış olmaq baxımından nadir bir imkandır. Əməliyyatın miqyası təəssüratlara ciddi şəkildə həyəcan qatır. Öz məruzəsində “İCİJ” bildirir ki, Rusiya prezidentinin köhnə dostları və yaxınları, keçmiş illər ərzində Panamadakı ofşorlara iki milyard dollar köçürüblər. Kremlin rəsmi nümayəndəsi bu məruzəni “Putinfobiya”nın nümunəsi adlandırıb. Məlumatda deyilir ki, Panama ilə həmçinin Çinin prezidenti Si Çzinpinin ailə üzvləri, Səudiyyə Ərəbistanın kralı və Malayziyanın baş naziri Nəcib Razakın oğlunın da bağlılıqları var. Si Çzinpinin kürəkəni və Səudiyyə hakimiyyəti “İCİJ”-ə öz şərhlərini verməkdən imtina ediblər. Nəcibin oğlu isə bildirib ki, o, Panama şirkətlərinin köməyi ilə “beynəlxalq biznes”lə məşğul olub. Sənəddə, həmçinin İslandiyanın baş naziri Siqmondyure Qyunnleqsson, Böyük Britaniya parlamentinin bir neçə üzvünün və B.Britaniyanın baş naziri Devid Kemeronun mərhum atasının da adı keçir. ”İCİJ” iddia edir ki, onların əlində təxminən 140 lider və həmçinin də son 40 il ərzində Panamada şirkət yaradan yüzlərcə insan haqqında məlumat var. Panamada şirkət və ya bank hesabının açılması faktı, həmin insanın hər hansı bir cinayət törətdiyinin sübutu ola bilməz. Sənəddə adı çəkilən şəxslərin bir neçəsi bəyan ediblər ki, Panamada hesab və firma açılması onların qanuni işgüzar əməliyyatları üçün həyata keçirilib. “İCİJ” və onun yaxın tərəfdaşları “Panama sənədləri” üzərində bir ildir ki, işləyirlər, lakin söhbətin kiminsə cinayət məsuliyyəti barəsində getməsi üçün əlavə səylər gərəkdir. Əlbəttə, bu mətbuata tələsik nəticələr çıxarmağa mane olmur. Çox qəribədir ki, jurnalistlərin əksəriyyəti öz diqqətlərini vergidən yayınma məsələsi üzərində fokuslaşdırıblar. Onların fikrinə görə, vergidən yayınmaya qarşı bütün dünyada mübarizə aparılmasına baxmayaraq, bu sənədlər varlıların Panamanın bank sirləri barəsindəki qanunvericiliyindən necə asanlıqla istifadə etdiyini göstərir. Sol təmayüllü iqtisadçı Tomas Pikettinin tələbəsi və ofşorlardkı vergi sığınacaqlarının əleyhinə kitab dərc edən Qabriel Zukman deyib: ”Bu məlumatlar ofşorlardakı ziyanlı və cinayətkar praktikanın nə dərəcədə dərin kök saldığını göstərir”. Bəzi ölkələr, əsasən də Avstraliya, Almaniya və Böyük Britaniya sənədlərdə adları qeyd olunan öz vətəndaşları barəsində ya vergi təhqiqatına başlayıblar, ya da belə bir işə başlamağa söz veriblər. Əlbəttə, sözsüz ki, vergilər vacibdir. Lakin belə bir halda əsas problemin yalnız Panamada qeydiyyatda duran şirkətlərin vergini tam həcmdə ödəyib-ödəməməsi məsələsi deyil.Burada başlıca sual müxtəlif ölkələrin siyasətçilərinin və məmurlarının bu qədər pulu necə əldə etməsidir. “Panama sənədlərində” əsas rolu qeyri-demokratik və şəffaf olmayan rejimlər oynayır. Bu sənədlərin bütün aspektləri – həm mətbuatda, həm seçicilər arasında və eyni zamanda da müxtəlif ölkələrin məhkəmələrində dərindən baxılmağa layiqdir. Problemə təkcə vergidən yayınma məsləsi kimi baxılması onun səhvən vaxtından əvvəl məhdudlaşdırılması olar. Çünki siyasətçilərin gəlirləri və xaricdəki maliyyə hesabları daha vacibdir. (The Wall Street Journal)