BƏŞİROV QARDAŞLARININ «MİLYONLUQ SƏLTƏNƏTİ»

BƏŞİROV QARDAŞLARININ «MİLYONLUQ SƏLTƏNƏTİ»
«Mətanət A» şirkətinin sahibi Elxan Bəşirov və qardaşları dövlətə necə atıblar?

Ölkədə 2000-ci ildən fəaliyyətdə olan «Mətanət A» şirkətinin istehsal etdiyi məhsulların keyfiyyətsiz olması barədə yerli mətbuatda çox danışılıb. Mətbuat xəbər verir ki, bir müddət əvvəl şirkətin sahibi Elxan Bəşirov və onun qardaşı Fuad Bəşirovun əməlləri barəsində ciddi ittihamlar səsləndirilmişdi. Həmin məlumatda bildirilirdi ki, Bəşirov qardaşları məşhur offşor zonası olan Vircin adalarında “İnterkommers» LTD-nin (Akara Building, 24 De Casto Street, Wickhams Cay I, Road Town, Tortola British Virgin Islands) adlı şirkət qeydiyyatdan keçirib. “İnterkommers” LTD Elxan Bəşirov və onun ortağı “Mətanət A” şirkətinin vitse-prezidenti Vüsalə Quliyevanın adına rəsmiləşdirilib. “İnterkommers” LTD vasitəsilə ilə vergidən yayındırılan milyonlar ölkədən çıxarılıb. Bu şirkət vasitəsi ilə çirkli pulların yuyulması barədə də iddialar var. Bildirilib ki, şirkətə daxil olan “Vıl constractıon” MMC, “Xram” MMC, “Ağdağ” MMC, “Zərinqala” MMC, “Uzunömürlülər” MMC və “Effekt” MMC-nin vasitəsilə müxtəlif qanunsuz əməliyyatlar həyata keçirilir.Mətbuat xəbər verir ki, adları çəkilən şirkətlər Azərbaycanda yerləşir. Şirkətin bundan əlavə Gürcüstanda “Georgia Matanat-A” LLC, Rusiyada OOO "ŞPAK" adlı törəmə müəssisləri fəaliyyət göstərir. “Mətanət A” şirkətlər qrupuna daxil olan bir çox firmalar kütləvi şəkildə vergidən yayınır. Vergi müfəttişləri də vergi cinayətlərini məharətlə ört-basdır edir. “Mətanət A” şirkətlər qrupuna daxil olan MMC-lər hər il Vergilər Nazirliyinə məktub yazır ki, fəaliyyətləri olmayıb. Məsələn, “Vıl constractıon” MMC nəhəng dövriyyəsinə baxmayaraq fəaliyyətinin olmadığını “iddia edir”, vergi müfəttişləri də bununla “razılaşırlar”. “Vıl constractıon” əslində iri layihələr maliyyələşdirir. Sözügedən sayta “Vıl constractıon” şirkətinin fiziki və hüquqi şəxslərlə imzaladığı müqavilələrin surəti də təqdim edilib. Maraqlıdır ki, şirkət rəhbərliyi bu ittihamların heç birinə cavab verməyib. Yayılan son məlumatlarda isə qeyd olunur ki, “Mətanət A” şirkətində işçilərdən depozit pulu yığılır. Belə ki, hər işçinin aylıq əmək haqqından 10-15 faiz depozit pulu tutulur. Hansı səbəbdən 10-15 faiz depozit pulunun tutulması barədə isə heç kimə izahat verilmir. «Mətanət A» şirkətində daha bir qanunsuzluq isə ikili mühasibatla bağlıdır. Bu barədə məlumatlarda qeyd edilir ki, şirkətdə çalışan işçilərin aylıq maaşları 300 manatdan 2500 manata qədər olmasına baxmayaraq, sözü gedən şirkətin işçiləri bank vasitəsilə 150-170 manat civarında aylıq məvacib alırlar. Qalan pullar isə işçilərə şirkətin kassasından ödənilir. Bu isə dövlət büdcəsinə daxilolmalardan kəskin şəkildə yayınmaqdır. Şirkət rəhbərliyi bu vəziyyəti ört-basdır etmək üçün müxtəlif metod və vasitələrdən istifadə edir. Nəyinsə müqabilində şirkət müvafiq qurumlarla anlaşaraq məsələni çözə bilir. Mətbuat xəbər verir ki, hökumət ikili mühasibat sisteminin qarşısını almaqla büdcəyə vergidaxiolmalarını artırılmasına nail olmağa çalışır, deməli Elxan Bəşirov qanunları pozur. Məlumatlara görə, eyni mühit Bəşirovların digər bir qardaşı olan Bahadur Bəşirovun rəhbərlik etdiyi “Evro inşaat” şirkətində də hökm sürməkdədir. Maraqlıdır ki, bəzi mənbələr bir neçə il əvvəl Türkiyədə baş vermiş məlum korrupsiya qalmaqalından sonra “məşhurlaşmış” Rza Zərrabın bəzi Azərbaycan şirkətləri ilə ehtimal olunan əlaqələrindən danışarkən ilk növbədə məhz “Evro inşaat” şirkətinin adını çəkmişdilər. Mətbuat səhifələrində isə şirkətin həmçinin vergilərlə bağlı maxinasiyalarına dair çeşidli məlumatlar dərc olunmaqdadır. Başqa bir məlumatda isə bildirilir ki, Bahadur Bəşirov qeyri-qanuni yollarla əldə etdiyi vəsaitlər hesabına bahalı “Lamborghini” avtomobili alıb. 
BƏŞİROV QARDAŞLARININ «MİLYONLUQ SƏLTƏNƏTİ»
BƏŞİROV QARDAŞLARININ «MİLYONLUQ SƏLTƏNƏTİ»
 

 






Fikirlər