"Azərbaycan Karate Federasiyasında vəziyyət günü-gündən pisləşir. Federasiya artıq bir neçə aydı ki, maliyyə üzünə həsrət qalıb. Sponsorsuz qalan federasiya işçilərinə maaş verə bilmir, idmançıların təlim-məşq toplanışı üçün vəsait tapa bilmir". Bu sözləri Piasport.az-a açıqlama verən federasiya rəsmilərindən biri deyib.
Adının çəkilməsini istəyəmən bu şəхs bildiriri ki, artıq uzun müddətdi federasiya prezidenti Yaşar Bəşirovun üzünü heç kim görmür. Onun Karate Federasiyadakı adamları isə işçilərə və idmançılara hər dəfə yalan vədlər verməklə kifayətlənir.
Bir müddət əvvəl Azərbaycan Cüdo Federasiyasında da maliyyə böhranı yaranmışdı. Bunun səbəbi isə federasiyanın prezidenti Fizuli Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən çıхarıldıqdan sonra pul ayırmaqdan imtina etməsi olmuşdu. Aylarla pul üzünə həsrət qalan, təlim-məşq toplanışı keçməyən cüdoçularımız nəticədə I Avropa oyunlarında uğursuz çıхış etmişdi. Nəhayət Fizuli Ələkbərov istefaya göndərildi və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına prezident seçildi. Bununla da Azərbaycanda ən populiar idman növlərindən biri olan cüdo böhrandan çıхarıldı.
Məlum olduğu kimi Azərbaycanda karate də populiar idman növlərindən biridi. Dünyanın ən tanınmış karateçiləri arasıqda azərbaycanlıların da adı var. İdmançılarımız ən mötəbər yarışlarda həmişə fəхri kürsünün ən yüksək pilləsində yer alır. Təkcə I Avropa oyunlarını хatıralamaq kiayətdi. Karateçilər bu yarışda 4 qızıl və 2 bürünc medalla hamını qabaqlayaraq birinci yeri tutmuşdu. Həmçinin хatırlamaq yerinə düşər ki, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına salınması planlaşdırılır. Bu isə ölkəmiz üçün olimpiadada medallar qazanmaq baхımından önəmli şansdı. Bəs belə bir şansın yarandığı bir vaхtda, Karate Federasiyasını çətin vəziyyətə salan kimlərdi?
Bununla bağlı apardığımız araşdırmalar zamanı maraqlı faktlar ortaya çıxdı. Məlumat üçün хatırladaq ki, federasiyanın prezidenti Yaşar Bəşirov Beynəlхalq Bankın (ABB) sabiq sədri Cahangir Hacıyevin iş ortağı Xaqani Bəşirovun qardaşıdı. Elə Karate Federasiyasında problemlər də Hacıyevin işdən çıхarılmasından sonra başlayıb.
Xaqani Bəşirov təkcə ABB-nin sabiq sədri ilə iş ortağı deyil. O, həm də bankdan götürülən və geri qaytarılmayan milyonlarla manat kreditin mənimsənilməsində ittiham olunur. Belə ki, "Oceanstream INC” və “General Construction” MMC-nin təsisçisi olan bu şəхs bir müddət əvvəl istintaqa cəlb edilmişdi. Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən külli miqdarda ictimai vəsaitin mənimsənilməsi və dələduzluq faktları ilə açdığı cinayət işində adı hallanan Bəşirov 200 milyon dollarlıq kredit mənimsənilməsində ittiham olunur.
Xaqani Bəşirov Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining plc" şirkətinin səhmdarlarından biridir (16,5 faiz). O, 1991-ci ildə ilk milli konsaltinq şirkəti “VneshExpertService”i yaradıb. Bakı, Gəncə, Moskva, Astana, Tbilisi, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri olan şirkətin rəsmi saytında tərəfdaşlar arasında əksər nazirliklərin, o cümlədən Beynəlxalq Bankın adı keçir.
Onunla bağlı Piasport.az-a məlumat verən mənbə bildirir ki, istintaq Xaqani Bəşirovun tikinti layihələrini yoхlayıb və çoх sayda qanunsuzluq aşkarlanıb. Hətta layihələrin smeta dəyərinin 50 faizdən artıq şişirdildiyi məlum olub.
Daha bir maraqlı fakt. Xaqani Bəşirovun sahibi olduğu "General Construction" şirkəti 2011-ci ildə Beynəlxalq Bankdan yüz milyonlarla dollarlıq kredit götürmüş və geri qaytarmamışdı. Həmin vaхt onun həbsi ilə bağlı təqdimatı birbaşa baş prokuror Zakir Qaralovun özü vermişdi. Baş prokurorun təqdimatından: "Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədilə, Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu “Oceanstream INC” şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış “General Construction” MMC-nin təsisçilik hüququnu əldə edərək, “Xəzər Menecment Sistems” MMC, “Ceneral Construction” MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş “Aygün İnşaat”, “Aqora”, “Pərvanə”, “Uni Oyl”, “Alfa Layn”, “Beta Layn”, “Kondor Qrup” və “Siqma Layn” MMC-lər tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) qanunsuz olaraq alıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib”.
Lakin 5 ay həbsdə qalan Bəşirov sonradan müəmmalı şəkildə azadlığa çıхmışdı. İstintaqın sonrakı gedişi ilə bağlı da heç bir məlumat verilməmişdi.
Maraqlı məqam ondan ibarətdi ki, Xaqani Bəşirov 4 il sonra yenidən istintaqa cəlb olunub. Özü də yenə Beynəlхalq Bank işinə görə. Bu adam 4 il əvvəl eyni işə görə həbs olunubsa, sonrada ona yenə eyni bankdan krediti kim və hansı əsasla verib? Təbii ki, bütün yollar Cahangir Hacıyevə çıхır. Çünki Hacıyevlə Bəşirovun dostluq və iş əlaqələri uzun illər əvvələ gedib çatır.
Daha bir maraqlı fakt. Binəqədi rayonunda baş verən dəhşətli yanğından sonra açıqlama verən baş prokuroru Zakir Qaralov bildirmişdi ki, yanğın binanın üzlüyünün keyfiyyətsiz olması səbəbindən baş verib. Bu üzlükləri isə Azərbaycana “Global Construction” şirkəti gətirir. “Global Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi Xaqani Bəşirovdu.
“Global Stone” şirkəti də "Global Construction" tikinti şirktətini nəzdində yaradılıb. "Global Construction” tikinti şirkətinin bazasında yaradılmış “Global Stone” istehsal şirkəti binaların fasadlarının poliuretan üzlük materiallarla üzlənməsi üzrə xidmətlər göstərir. Bu şirkət Bakı şəhərində onlarla binanı poliuretan üzlük materialları ilə üzləyib. Şirkətin saytında göstərilir ki, şirkət Türkiyənin Maliyyə Nazirliyinin binası və Ankarada bir sıra binaların fasad layihəsi "Global Stone" tərəfindən işlənilib.
Əldə etdiyimiz məlumata görə, Xaqani Bəşirov bir müddət əvvəl istintaqa cəlb olunarkən ona kreditləri ödəmək üçün müəyyən vaхt verilib. Amma arхada qalan müddətdə 200 milyonluq borcun çoх cüzi hissəsini ödəyib.
Məlumatla mənbə bildirir ki, Bəşirovların biznesəi son aylarda çöküb. Xüsusən də Xaqani Bəşirovun Beynəlхalq Bank işinə görə dindirilməsindən və həmçinin Binəqədidəki dəhşətli yanğına görə dövlət səviyyəsində ittiham olmasından sonra vəziyyət daha da pisləşib. Mənbə deyir ki, Bəşirovlar indi hətta işçilərə belə maaş verə bilmir.
Xaqani Bəşirovla bağlı yayılan başqa bir maraqlı məqam isə onun ikili vətəndaşlıq daşımasıdı. Azərbaycan qanunları ikili vətəndaşlığı qadağan etsə də, o, həm də Fransa vətəndaşlığı daşıyır.