8 TON ağırlığında plov hazırlandı - İLK dəfə
Özbəkistanin Surxandərya vilayətinin Denauy rayonunda dünyada ilk dəfə 8 ton ağırlığında plov hazırlanıb. AZƏRTAC xəbər verir ki, plovun hazırlanmasında vilayətin 46 tanınmış aşpazı iştirak edib. Xatırladırıq ki, ötən il sentyabrın 8-də Daşkənddə keçirilən “Ozbeqim” Ənənəvi Mədəniyyət Festivalı çərçivəsində paytaxt aşpazları 7360 kiloqram ağırlığında özbək plovu hazırlamış və Ginnesin Rekordlar Kitabına düşmüşdü. Plovu hazırlamaq üçün Daşkənddəki meqa-qazan Surxandərya vilayətinə aparılıb. Qazan isə Almalık Dağ-Mədən Kombinatında hazırlanıb, diametri 4,2 metr, ağırlığı 7 tondur. Surxandərya aşpazları isə rekordu təzələyiblər, ancaq 8 ton ağırlığında plovun Rekordlar Kitabına düşüb-düşməyəcəyi haqda heç nə deyilmir. Plov vilayətdəki hərbi hissələrə, internat məktəblərinə, uşaq evlərinə, əlillərə və aztəminatlı ailələrə paylanıb.