Yüksək təzyiqi salmaq üçün ÇOX SADƏ qayda
Yüksək arterial təzyiq bir çox ağır pozulmaların (infarkt, insult, böyrək və göz xəstəlikləri və s.) ilk səbəblərindən biridir. Təzyiqi daim normada saxlamaq həyati vacibdir. Argentina alimləri sübut edir ki, yüksək təzyiqdən əziyyət çəkənlər sadəcə şam yeməyindən imtina etməklə təzyiqi normaya sala bilərlər. Alimlər bununla bağlı xüsusi eksperiment aparıblar. Eksperimentdə yüksək arterial təzyiqdən əziyyət çəkən 150 insan iştirak edib. İştirakçılar axşam saatlarında yemək yemirdi və həmçinin mayenin qəbulunu azaldırdı. Artıq bir neçə gündən sonra iştirakçıların təzyiq göstəriciləri normallaşmağa başlayıb, onların ümumi vəziyyəti yaxşılaşıb. Alimlərin fikrinə görə, şam yeməyindən imtina, duz qəbulunun məhdudlaşdırılması və aktiv həyat tərzi insanlara təzyiqi normada saxlamağa kömək edəcək. AzerTaym.az