TƏZYİQ dərmanlarını dayandırmaq OLMAZ - Həkimdən XƏBƏRDARLIQ!

Bu gün dünyada insanların əksəriyyəti təzyiq xəstəliyinin müxtəlif fəsadlarını, növlərini yaşamaqdadırlar. 
Arterial təzyiqi tibi praktikada müalicəvi əhəmiyyəti çox yüksək olan dərman preparatların köməyi ilə nəzarətdə saxlamaq mümkündür. Fəsadları aradan qaldırmaq, xəstəliyi tam olaraq müalicəyə tabe etmək çətin deyil.
Arterial təzyiqin müalicəsi hər zaman həkim nəzarəti altında aparılır. Arterial təzyiq sabitləşdirilir, ağırlaşmaların qarşısı alınır, zədələnmiş orqanlar bərpa olunur, xəstənin həyatı mümkün qədər uzadılır.
Arterial təzyiq xəstəsi olanlar əvvəl fundamental, sonra isə profilaktik müalicə almalıdır. O zaman digər sağlam insanlar kimi normal həyatını yaşayıb ciddi problemlərlə üzləşməyəcəklər.
Bilmək vacibdir, davamlı yüksək təzyiqin yaratdığı fəsadlar bəzən o dərəcədə ağır olur ki, müalicə almayan xəstə həyatını ani olaraq itirə bilir. 
Qan təzyiqi,  göz və böyrəklərdə pataloji həddən çatan təzyiq xəstəliyi də insandan xüsusi diqqət tələb edir. Ən vacibi isə təzyiqdən əziyyət çəkən orqanizmə bu diqqəti əsirgəməmkdir.
Moderator.az xəbər verir ki, həkim terapevt Tural Qənbərli özünün şəxsi “facebook” səhifəsində təzyiqdən əziyyət çəkən xəstələrə bir neçə məsləhət ünvanlayıb. Ən əsası isə, dərmanları dayandırmamaqdır:
Sistolik arterial təzyiqin 140 mm.c,s. diastolik arterial təzyiqin 90 mm,c.s-dan yüksək olması Hipertoniya xəstəliyi hesab olunur. Bu zaman  lakin aşağıdakı şərtlər nəzərə alınmalıdır:
1)arterial təzyiq müxtəlif vaxtlarda, sakit şəraitdə, ən azı üç dəfə ölçülməlidir;
2) həmin müddətdə xəstə AT-yə təsir göstərən dərman vasitəsi qəbul etməməlidir. 
Əgər sizə hipertoniya xəstəliyi, yəni təzyiq xəstəliyi diaqnozu qoyulubsa, deməli,  həkiminiz tərəfindən təzyiq dərmanları da (antihipertenziv) təyin olunub. Hipertoniyada istifadə olunan dərmanlar 5 qrupa bölünür. Bu qruplardan 3-ü hipertoniyalı xəstələrin ömrünə müsbət təsiri sübüt olunub. Əgər siz artıq hipertoniya xəstəsisinizsə, bu dərmanları kəsmək olmaz. Çox xəstələrə "mən dərmandan asılı qalmaq istəmirəm,bu gün təzyiqim yoxdu,dərman içmirəm, filankəs limonla təzyiqini salır və s.” ifadələri psixoloji təsir göstərir. 
Təzyiq dərmanları kiçik ölçüdə, kəskin dadı olmayan, rahatlıqla qəbul olunacaq preparatlardı. Bele xəstələr bilməlidirlər ki heç bir türkəçarə bu preparatları əvəz eləməz. Ümümdünya Səhiyyə Təşkilatının tövsiyyələrində də göstərilir ki, hipertoniyalı xəstələr təzyiq dərmanlarını kəsməməlidir. Çünki dərman qəbulunu dayandıran xəstələrdə nəticəsi əlilliyə, hətta ölümə qədər gəlib çıxa biləcək ağırlaşmalar ola bilər. Öz şəxsi praktikamdan deyirəm ki, gecə növbələrində bir çox infarkt, insult, hipertonik böhran, hipertonik kriz diaqnozu ilə xəstələr qəbul olunurdu. Ən çox da Qurban bayramında. Yagin səbəbini bildiz?! Bu xəstələrdən anamnez toplayarkən məlum olurdu ki, 90 %-i hipertoniya xəstəsidir və qəbul elədiyi təzyiq dərmanını(antihipertenziv) uzun müddətdir ki dayandırıb. Belə vəziyyət artıq hədəf orqanları yani ürəyi, beyni və ya böyrəyi zədələnmiş xəstələrin yaşama müddətinə də mənfi təsir edir. Belə hallar bir daha sübüt edir ki, təzyiq xəstələri mütəmadi olaraq həkimləri tərəfindən təyin edilmiş antihipertenziv preparataları qəbul etməlidir. Təzyiq normal hüdüdlarda olsa belə həkimlərinin məsləhəti ilə kiçik dozada olsa belə gündəlik qəbul edilməlidir. Xahiş edirem əgər təzyiq xəstəsisinizsə, həkiminizin təyin eydiyi və təzyiqinizi normada saxlayan preparatları dayandırmayın!

 






Fikirlər