BLOGGER TƏZYİQLƏRƏ MƏRUZ QALIR...?!

 

Tanınmış Blogger-müstəqil jurnalist, www.seymurla.az bloq-saytının rəhbəri Seymur Əlioğlu sonvaxtlar davamlı təzyiqlərə məruz qalır.Bu barədə saytımızın əməkdaşına onun özü məlumat verib.  

 Bloggerin bildirdiyinə görə tanımadığı adamlar ona saytını bağlamaq göstərişini verirlər. “O günü küçədə gəzərkən iki nəfər saqqallı oğlan mənə yaxınlaşaraq Seymur olduğumu soruşdu. Dedim bəli, adım Seymurdu. Həmin an görkəmlərindən bildim ki, dindardılar. Dedilər ki, saytını bağla və ordakı yazıları da sil. Səbəbini soruşduqda bildirdilər ki, guya mən onların dininə qarşı hörmətsizlik edirəm və ağzıma gələni yazıram. Təbii ki, mən onları mədəni müzakirəyə dəvət etdim və yazdıqlarımı əsaslandırmaq fikirində idim. Amma əfsuslar olsun ki, onlar bunu qəbul etmədilər və əsəbi şəkildə “sən kafir adamsan, səninlə danışmağımızın özü belə günahdı”-deyərək, saytı bağlamağımı tələb etdilər. Onların kim olduğunu və dediklərini etməyəcəyim təqdirdə nə olacağını soruşduqda isə cavabları kəskin oldu. Dedilər ki, başına iş gələndə kim olduğumuzu biləcəksən. Sən kafirsən. Onlar bir söz deməsələr də dəqiq bilirəm ki, fanatik dindar idilər”.    

  

 

 Seymur Əlioğlunun bildirdiyinə görə,bu cür hallarla dəfələrlə rastlaşmasına baxmayaraq əhəmiyyət verməyib: Əvvəllər başqa nömrə istifadə edirdim. Həmin nömrəyə zəng edib, sms yazıb söyürdülər, hədələyirdilər. Bunların heç birinə fikir vermirdim və vermirəm. Sadəcə telefon nömrəmi dəyişdim. Hətta elə vəziyyət olur ki, yaşadığım evin qapısına “kafir rədd ol burdan”, “kafir tövbə et haqq yoluna qayıt” tipli yazılar yazır, yapışdırırlar. Belə hallar məni qorxutmur. Küçədə fiziki təyziqə məruz qaldığım anlar da olub. Ancaq inanıram ki, cəmiyyətimiz maariflənəcək və her şey öz qaydasına düşəcək. Azərbaycan da inkişaf etmiş mədəni Avropa ölkələrindən birinə çevriləcək. Bütün inkişaf etmiş ölkələr bu yolu keçib. Tarixdə dindarların təhdidinə məruz qalmış yazarlar mövcud olub. Amma sonda elm, maarifləndirmə qalib gəlib. Mən də durub onlardan şikayət etsəm olacam onların bir tayı. Buna baxmayaraq təhlükəsizliyimi də qorumağı unutmuram. Çünki, yaxın keçmişimizdə dindarların qətlə yetirdiyi Rafiq Tağı nümunəsi var”.

"AzerTaym.az"

 

 

 

  






Fikirlər