“MTN BELƏ İŞLƏRLƏ MƏŞĞUL OLUBSA…” – “Hakimiyyət islahat zamanını buraxıb”

 

sulheddin“Bir ölkənin ki, təhlükəsizliyinə, kəşfiyyatına, əks-kəşfiyyatına cavabdeh olan bir struktur bu qədər cinayətə bulaşıbsa, korrupsiya, rüşvət, reketçilik, şantaj və s. kimi işlərlə məşğul olursa, sahibkarların əmlakını ələ keçirirsə, deməli bu sistemdə hər məsələni pulla həll etmək mümkündür”.

Bunları Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini, politoloq Sülhəddin ƏkbərMTN-də baş verənlərə münasibət bildirərkən deyib. Ekspert bunları sistemin böhranı adlandırıb, ümumilikdə ölkənin korrupsiya və rüşvət bataqlığına düşməsi ilə əlaqələndirib. S.Əkbər Moderator.az saytına açıqlamasında daha sonra deyib:

“Bunun sərhəddi də, gömrüyü də belədir. Buna görə də, hər hansı bir terrorist təşkilat, yaxud xarici dövlətin xüsusi xidmət orqanı, kəşfiyyatı olsun, kimin ki, Azərbaycanda marağı var, rüşvət yolu ilə, yaxud bu şəxslərin cinayətlərini sənədləşdirib şantaj yolu ilə onların özünü işə cəlb edə bilər. Bununla da öz niyyətlərini gerçəkləşdirə bilərlər. Məsələ bu qədər sadədir. Hansı dövlət qurumu olmasından asılı olmayaraq, əgər ora rüşvət və korrupsiya düşürsə, bu, xərçəng xəstəliyi kimi onu yeyib bitirəcək. Bu gün Azərbaycanda xərçəngin dağılması prosesi gedir. Bu isə bütün orqanizmi zəhərləyir və onu ölümə sürükləyir. Düşünürəm ki, Azərbaycandakı mövcud rejim islahat zamanını buraxıbdır. Bu xəstəlik o qədər dərinə işləyib ki, onun müalicəsi mümkün deyil. Bu rejimin özünün-özünü sağalda biləcəyini düşünmürəm”.Azərtaym.az







Fikirlər